7 İyul 2017 16:02
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya parlamentinin Türkiyə ilə bağlı verdiyi qərar Ankara hökuməti tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu məlumat verib.

Onun sözlərinə görə, Hollandiya hökumətinin qərarı bu ölkədə demokratiya anlayışının olmadığını bir daha sübut edir:

"15 iyul hadisələri zamanı şəhid olan Türkiyə vətəndaşlarının xatirələri Avropada da anılacaq. Amma bəzi Avropa ölkələri bunun qarşısını almaq və məlum olayı unutdurmaq üçün addımlar atmaqdadır. Bu qərar Hollandiyada demokratiya anlayışının olmadığını sübut edir".

Qeyd edək ki, Hollandiya parlamenti 15 iyul hərbi çevrilişə cəhd olayının ildönümündə Türkiyə baş nazirinin müavini Toğrul Türkeşin Amsterdama səfərinin xoş qarşılanmayacağını açıqlayıb.


Müəllif: Samir

Oxşar xəbərlər