Teleqraf.com RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, az öncə “Röyter” agentliyi üç mənbəyə istinadən Rusiyanın Krıma elektrostansiyalar üçün “Siemens”in istehsalı olan turbinlər çatdırdığına dair məlumat yayıb. Agentlik qeyd edib ki, Avropa İttifaqının sanksiyalarına, qoyulan qadağalara baxmayaraq şirkət yarımadaya energetika texnologiyaları çatdırır.
Az sonra kompaniyanın mətbuat katibi Mixail Fridrix şirkətin Krıma turbin çatdırmadığını bildirib.
Öz növbəsində “Texnopromeksport” kompaniyası Krımdakı enerji obyektləri üçün “ikinci əl”dən 4 turbin komplekti aldıqlarını və onların Rusiya zavodlarında modernləşdirildiyini bildirib.