Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yarımca kəndinə gələn bələdiyyə rəsmisinin avtomobilinə əllə hazırlanan bomba yerləşdirilib.
Rəsmi açıqlamada qeyd olunur ki, bələdiyyə rəsmisi terror təşkilatı tərəfindən sui-qəsdə məruz qalıb: “Partlayış zamanı məmur və mühafizəçilər xəsarət almayıb”.
Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib ki, terrorçuların məqsədi Mehmet Kocabəyi məhv etmək olub: “Amma terrorçuların niyyəti baş tutmayıb. Bomba öncədən aşkar edilib”.
Polis faktla bağlı araşdırma aparır.