8 İyul 2017 08:49
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millətçiləri yeni partiya qurur.

Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyə Böyük Millət Məclisinin deputatı Ümid Özdağ özünün Feysbuk hesabında yazıb.

Özdağ bəyan edib ki, yeni qurulacaq partiyanın rəhbərliyinə siyasətçi Meral Akşener gətiriləcək.

Deputat qeyd edib ki, qarşıdan gələn prezident seçkilərində türk millətçiləri fəallaşdırmaq, milli olan hər kəsi əhatə edəcək mərkəzi iqtidara gətirmək məqsədilə Meral Akşenerlə yeni bir partiya qurmaq qərarını veriblər: “Bu partiyanın sədri Meral Akşener olacaq. Ölkə uçurumun astanasında olduğu bir müddətdə mənəm-mənəmlik etməyim qəbul edilməz. Bütün türk millətçiləri ölkəmizi bu uçurumdan qurtarmaq üçün bu birləşməni reallaşdırmaq məcburiyyətindədir. İndiyə qədər mənə verdiyiniz dəstək üçün təşəkkür edirəm. Artıq birlikdə iqtidar olmaq üçün hazırlıqlara başlanmalıdır. Bu yol indiyə qədər getdiyimiz yoldan daha çətin olacaq, ancaq bunu bacaracağıq”.

Xatırladaq ki, Millətçi Hərəkat Partiyasında baş verən daxili narazılıqdan sonra millətçilərin yeni partiya yaradacağı zaman-zaman gündəmə gəlib. Artıq yeni partiyanın qurulması üçün hazırlıq işlərinə başlanılıb. Onu da qeyd edək ki, son bir ayda Türkiyədə iki partiya fəaliyyətsizliyi ucbatından məhkəmə qərarı ilə bağlanılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər