8 İyul 2017 10:19
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Amerika iyulun 9-dan etibarən Suriyanın cənub-qərbində atəşkəs elan etməyə hazır olduqlarını bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov qeyd edib ki, dünən İordaniyanın paytaxtında Dohada Rusiya, ABŞ və İordaniya mütəxəsissləri işlərini başa çatdırıblar: “Onlar Suriyanın cənub-qərbindəki təhlüksizlik bölgələri ilə bağlı memorandumu təssdiqləyiblər. Bunlar Dera, As Suvayda və Kuneytire bölgələridir. Bu ərazilərdə iyulun 9 saat 12:00-dan atəşkəs rejimi tətbiq ediləcək”

Lavrov bildirib ki, ABŞ və Rusiya atəşkəs rejiminə riayət edilməsi üçün üzərlərinə məsuliyyət götürüblər: “Təhlükəsizliyi ABŞ və İordaniyanın koordinasiyası ilə hərbi polis təmin edəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər