20 İyul 2014 21:49

Türkiyənin Samsun şəhərində 4.2 ballıq zəlzələ qeydə alınıb.

Zəlzələ əsasən Samsunun Bafra mahalında, yerli vaxtla saat 17.07-də 4.2 bal gücündə hiss olunub.

Sakinləri qorxuya salan bu zəlzələdə hər hansı bir can iktisi və binaların zədələnməsi qeydə alınmayıb.

Boğaziçi Universitetinin Kandill Rəsədxanasının məlumatlarına görə, saat 17.07-də baş verən və episentri Qara dənizin Samsun Fənər-Bafra ərazisində olan 4.2 ballıq zəlzələ yerin 15 kilometr dərinliyində meydana gəlib.

Samsunun mərkəzində və Çarşambada da hiss olunan zəlzələdən sonra yerli sakinlər "İki dəfə silkələndik" sözlərini deyib./anspress/


Müəllif:
Загрузка...