Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ hərbçiləri Cənubi Koreya və Yaponiya ilə birgə həyata keçirilən missiyanı “müdafiə, güc nümayişi və üç müttəfiq ölkənin həmrəyliyi” kimi xarakterizə edib.
ABŞ-a aid bombardmançı təyyarələr Şimali Koreyanın ballistik raket və nüvə proqramlarına qarşı təşkil edilən təlim issiyasında iştirak etmək məqsədilə Seul və Tokionun dəvəti ilə regiona gəlib.
Guam adasında yerləşən Andersen Hava Qüvvələri hissəsindən havaya qalxan B-B1 bombardumançı təyyarələri Cənubi Koreya və Yaponiyaya aid döyüş təyyarələri ilə 10 saatlıq, bir-birini izləyən uçuşlar keçirib.
Yarımadada B-B1-lərə Cənubi Koreyanın F-15 qırıcıları və ABŞ Hava Qüvvələrinin F-16 döyüş təyyarələri də qatılıb.