8 İyul 2017 21:35
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın hərbi təyyarələri təlim missiyası adı altında Koreya yarımadasına gəlib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ hərbçiləri Cənubi Koreya və Yaponiya ilə birgə həyata keçirilən əməliyyatı "üç müttəfiq ölkənin həmrəyliyi” kimi xarakterizə edib.

ABŞ-a aid hərbi təyyarələr Şimali Koreyanın ballistik raket və nüvə proqramlarına qarşı təşkil edilən təlimdə iştirak etmək məqsədilə Seul və Tokionun dəvəti ilə regiona gəlib.

Guam Adasında yerləşən Andersen Hava Qüvvələrinin bazasından havaya qalxan B-B1 təyyarələri Yaponiya və Koreya qırıcıları ilə birgə 10 saatlıq, bir-birini izləyən uçuşlar həyata keçirib.

Yarımadada B-B1-lərə Cənubi Koreyanın F-15 qırıcıları və ABŞ Hava Qüvvələrinin F-16 döyüş təyyarələri də qatılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər