9 İyul 2017 14:27
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Mosul şəhərində İŞİD terror təşkilatının üzvü olduğu bildirilən qadın özünü qucağındakı azyaşlı ilə birlikdə partladıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində hər iki şəxs anındaca həlak olub.

İntiharçı hücum Mosulun İraq ordusu tərəfindən ələ keçirilən bölgələrinin birində reallaşıb. Qadının əlindəki partlayıcı maddəni hiss etdirmədən təhlükəsizlik yoxlamasından keçirdiyi məlum olub. Partlayış nəticəsində həmçinin, iki iraqlı əsgər də həyatını itirib. Terrok aktından bir neçə saniyə öncə qadın kameralara tuş gəlib.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər