Teleqraf.com ölkənin dövlət televiziyası NHK-yə istinadən xəbər verir ki, Fukuoka və qonşu Oita əyalətlərində 20 nəfər itkin düşüb, 14 nəfər müxtəlif bədən xəsarətləri alıb. 570 nəfər isə xilas edilib. Daşqınlar nəticəsində yüzlərlə insan evsiz-eşiksiz qalıb. 1900 polis və hərbçinin iştirak etdiyi, ağır texnikanın istifadə olunduğu xilasetmə əməliyyat qrupu sular altında qalmış evlərdəki insanları xilas etməyə, torpaq sürüşmələri nəticəsində yolları, küçələri bağlamış palçıqları təmizləməyə, suyu qurutmağa çalışır.
Rəsmilər isə davam edən aramsız yağışların yeni torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Güclü leysan yağışlara Sakit okeandan gələn alçaq təzyiqli havanın səbəb olduğu bildirilir.