9 İyul 2017 19:28
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror təşkilatından tam azad edilib.

Teleqraf.com xəbər verir ki, bunu Mosula səfər edən İraq baş naziri Haydar əl-İbadi bəyan edib.

Baş nazir qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib.

Bundan əvvəl terrorla mübarizə bölməsinin döyüşçüləri Tiqr çayı sahilində və şəhərin tarixi yerlərində İraq bayrağını qaldırıblar.

Qeyd edək ki, Mosulun azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrın 17-də başlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər