9 İyul 2017 22:28
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın şərqindəki Belostok və Suprasl şəhərlərində 10 min insan yol çəkilişi zamanı aşkarlanmış və İkinci Dünya Müharibəsindən qalan bombanın zərərsizləşdirilməsilə əlaqədar təxliyə edilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, sakinlər avtobuslarla məktəb binasına yerləşdiriliblər.

500 kiloqramlıq ST-500 alman bombası iyulun 6-da aşkarlanıb. Mütəxəssislər onu xüsusi avtomobilə yükləyərək atış mərkəzində zərərsizləşdirəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər