21 İyul 2014 09:41
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 19-da Tiflisdə Sub Eçmiədzin erməni kilsəsində dini-etnik zəmində qarşıdurma baş verib.

Bu barədə Gürcüstandakı Erməni Apostol Provoslav Müqəddəs Kilsəsi Yeparxiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 16 radələrində kilsənin yerləşdiyi ərazidə təxribata cəhd olunub.

Əraziyə daxil olmaq cəhdi alınmayanda naməlum qadın deyib ki, din xadimlərinin avtomobilləri onun maşınının manevr etməsinə mane olur. Bu zaman əraziyə aqressivliyi ilə seçilən iki nəfər gələrək avtomobili kənara çəkiblər. Bundan sonra həmin şəxslər ermənilərin analarını söyüblər. Daha sonra avtomobildən düşən kişi dəyənək götürərək, erməni yeparxiyasının üzvlərini vurmağa cəhd edib. Səs-küyü eşidən kilsənin əməkdaşları küçəyə çıxaraq gərginliyi azaltmağa çalışsalar da, baş verən dava-dalaş zamanı yeparxiya əməkdaşlarından biri kürəyindən vurulub.


Bundan sonra həmin kişilər soyuq silahlarla silahlanmış təxminən 50 nəfərlik dəstə ilə yenidən kilsəyə yaxınlaşıblar. Onlar kilsənin dini xadimlərini və yeparxiyanın əməkdaşları ilə davaya başlayıblar, eləcə də ermənilərin ünvanına söyüşlər yağdırıblar. Dava zamanı erməni yeparxiyasının əməkdaşları və kilsənin dini xadimləri arasında bədən xəsarətləri alanlar da olub.


“Gürcüstan hüquq-mühafizə orqanlarını baş verən hadisə ilə bağlı araşdırmağa aparmağa çağırırıq”, deyə - yeparxiyanın yaydığı bəyanatda qeyd olunub./axar/


Müəllif: