10 İyul 2017 09:57
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp G-20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşü barədə ilk dəfə açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tramp fikirlərini Tvitter hesabında bölüşüb:

"G-20 sammiti ABŞ üçün böyük uğurdur. ABŞ səhv imza atdığı bir sıra ticarət müqavilələrinə düzəliş verməlidir. Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı Putinə iki dəfə təzyiq göstərdim. Ancaq o, bunu qətiyyətlə inkar etdi.

Onunla sanksiyalar, Ukrayna və Suriya problemlərini müzakirə etdik".


Müəllif: Samir