Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, ABŞ Dövlət katibi Reks Tillersonla apardığı müzakirələrin detallarını açıqlamaqdan imtina edib:
“Bu görüş çox faydalı oldu. Tillersonla təkbətək görüşümüzdə Qətər böhranı ilə yanaşı, həm də İranın bölgəyə açıq-aşkar müdaxiləsi və onun terrorçu qruplara yardımı, eləcə də bir sıra regional məsələlər və qarşılıqlı münasibətlərimiz barədə danışıqlar aparmışıq”.