Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, çağırış ABŞ dövlət katibi Reks Tillersonun Küveytə səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Şeyx Sabah Xalid əl Həmid əl Sabah ilə görüşündən dərhal sonra yayımlanıb.
Sənəddə Qətər böhranının ən qısa zamanda həllinin vacibliyi vurğulanıb və tərəflərə ortaq mövqe sərgiləmək çağırış edilib.
İngiltərə tərəfindən çağırışa bu ölkəninbeynəlxalq təhlükəsizlik üzrə müşaviri Mark Sedvil qatılıb.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.