Otlaq sahələri az olduğu üçün Qətər heyvanları Səudiyyə Ərəbistanında saxlayıb. Diplomatik böhrandan sonra Səudiyyə Qətərə məxsus qoyun və dəvələri ölkədən çıxarıb. Qətərli fermerlər heyvanların bəzisini yük maşınları ilə daşıya bilsələr də, müəyyən hissə səhrəda qalıb. 50 dərəcə istidə aclıq və susuzluqdan əziyyət çəkən heyvanlar səhrəda canlarını tapşırıblar.
Ərəb ölkələri arasındakı böhranın ilk qurbanları sayılan dəvə və qoyunlara görə heyvansevərlər ayağa qalxıb.