Teleqraf.com xəbər verir ki, bu haqda “İndependent” məlumat yayıb.
Ölkənin Daxili İşlər Nazirliyi edamlarla bağlı yaydığı məlumatda bildirib ki, terror cinayəti səbəbindən 4 şəxs haqqında verilən edam cəzası ölkənin şərq bölgəsində həyata keçirilib.
Edam olunanlar Zahir Əl Müvəffəqiyyət, Yusif Əl Muşeyhas, Mehdi Əs Sayı, Emced Al Umeybid adlı şəxslərin Səudiyyə vətəndaşı olduğu vurğulanıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında ən çox edam faktı 2014-cü ildə qeydə alınıb. Həmi ildə ölkədə 158 nəfər edam edilib. Ötən il bu rəqəm 153 olub. 2017-ci ilin 6 ayı ərzində isə cəmi 44 nəfər məhkəmə hökmü ilə öldürülüb.