21 İyul 2014 11:06
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı konfliktin sülh danışıqlarına keçməsi üçün əllərindən gələni edəcəkləri ilə bağlı söz verib.


Alınan məlumata görə, Putin bu barədə Donetsk ərazisində baş vermiş təyyarə qəzası ilə bağlı keçirilən iclasda deyib.

Rusiya prezidenti bütün tərəfləri danışıqlar stolu arxasına dəvət edib.

“Biz dəfələrlə bütün tərəfləri qanlı aksiyalara son qoymağa çağırmışıq”, - deyə Putin bildirib.

Putin bildirib ki, Rusiya tərəfi Ukraynadakı konfliktin danışıqlar stolu arxasına keçməsi üçün onlardan asılı olan hər şeyi edəcək.

/axar.az/


Müəllif: