12 İyul 2017 19:49
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri Vladimir Jirinovski indiyədək 10 mindən çox selfi çəkdirdiyini açıqlayıb.

Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, Vladimir Jirinovski selfi hesabına hamının fotoqrafiya ilə məşğul olduğunu deyib. İyulun 12-sinin Beynəlxalq fotoqraflar günü olduğunu xatırladan partiya sədri rekord həddə selfi etdiyini bildirib. O, tezliklə uşaq bağçalarında da selfinin dəbə düşəcəyini və bunun yaxşı hal olduğunu vurğulayıb.

Qeyd edək ki, iyulun 12-si Beynəlxalq Fotoqraflar Günü kimi qeyd edilir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər