12 İyul 2017 22:01
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Küçəbəküçə deyərək öz aləmində milləti və dövləri təhdid edən bu adam belə səhvi etdiyi üçün əslində, özünün küçəyə çıxmağa üzü olmadığını bilməlidir. Açıq deyirəm, küçəyə çıxmağa üzü olmayacaq adam halına sən düşərsən".

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-də təşkil olunan "15 iyul milli iradə zəfərinin analizi" kitabının təqdimatında çıxışı zamanı CHP lideri Kamal Kılıçdaroğlu haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, Türkiyədə demokratiyanın təminatçısı AKP-dir: "Qalanı hekayədir. Demokartik Sol Partiyası iqtidarda olarkən hazırda əbədi aləmdə olan bu zad Merve Kavakçı (qadın millət vəkili, akademik - red) haqqında “bu qadını buradan atın” deyərkən onu alqışlayanların kim olduğunu bilirsiniz.
Hanı sizin azadlıq anlayışınız? Bunlar heç vaxt azadlığı təbliğ etmədilər. Amma biz bütün mübarizəmizi azadlıq üçün etdik. Küçəbəküçə deyərək öz aləmində milləti və dövləri təhdid edən bu adam belə səhvi etdiyi üçün əslində, özünün küçəyə çıxmağa üzü olmadığını bilməlidir. Açıq deyirəm, küçəyə çıxmağa üzü olmayacaq adam halına sən düşərsən. Küçədə axtarılan ədalətin anlamı intiqamdır. Onun sonu vandalizmdir. Ədalətin axtarıldığı yerlər bəllidir".


Müəllif: Ruslan

Oxşar xəbərlər