12 İyul 2017 22:13
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən ölkənin 29 vilayətində aparılan əməliyyatlar çərçivəsində İŞİD qruplaşmasına mənsub olduğu iddia edilən 233 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, onlardan 25 nəfərinin xarici vətəndaş olduğu bildirilir. Həmin şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Konyada İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər