12 İyul 2017 23:03
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanı 9,5 il həbs cəzasına məhkum edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, sabiq prezident korrupsiya və çirkli pulların yuyulmasında günahkar bilinib.

O, dövlətə məxsus Petrobas neft şirkətindəki korrupsiya faktlarına görə ittiham olunurdu. Petrobasla bağlı korrupsiya araşdırması 2014-cü ildə başlanılmışdı. Petrobas rəhbərliyi neft satışından ələ edilən pulların yuyulması üçün mexanimlər hazırlamaqda ittiham olunur.

Bu qanunsuz mexanimzlər hesabına 3,8 milyard dollar qanunsuz pul qazanmış Petrobas şirkəti həmin vəsaitin bir hissəini hökumət nümayəndələri arasında bölüşdürmüşdü.

2015-ci ilin avqustunda Braziliyanın Baş Prokurorluğu ölkənin aşağı palatasının spikeri Eduardo Kunyeyə, 1990-1992-ci illərdə prezident olan Fernandu Koloru di Melu daxil olmaqla, ümumilikdə 97 nəfərə ittiham elan edib.

Luis İnasiu Lula da Silva 2003-2011-ci illərdə Braziliyanın 35-ci prezidenti olub.


Müəllif: Teleqraf.com