Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Hamburqda G-20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, bəzi insanlar iki ölkə prezidentlərinin konstruktiv görüşündən narahat olublar: "Bəziləri deyir ki, bu belə olmamalı idi. Mən fərqli düşünürəm. Biz böyük nüvə dövlətləriyik. Hamı Hamburqda söhbətimizin uzun müddət çəkməsindən təəccüblənmişdi”.
Onun sözlərinə görə, Rusiya ilə dialoq mühümdür: “Dialoq olmayan yerdə problem yaranır. Bizə dialoq lazımdır. Misal üçün, Suriyada müşahidə olunan irəliləyişdə Rusiya ilə qarşılıqlı əlaqələr vacib rol oynadı”.