Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, araşdırmada yeniyetmələrə belə sual ünvanlanıb: “İmkanınız olsa başqa ölkəyə köçmək istəyərsənizmi və ya belə bir planınınəz varmı?”
710 milyon insan imkanı olsa, başqa ölkədə yaşamaq istədiyini bildirib, 66 milyon adam bir il ərzində köç etməyi planlaşdırdığını, 23 milyon nəfər isə köç məqsədiylə hazırlıqlara başladığını açıqlayıb.
Köçmək istəyənlərin seçim etdikləri ölkələr arasında ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Fransa, Kanada, Almaniya və Cənubi Afrika öndədir.
Köçməyi planlaşdıran insanların isə Nigeriya, Hindistan, Demokratik Konqo Respublikası, Sudan, Banqladeş və Çində yaşadığı diqqət çəkir.