Teleqraf.com xəbər verir ki, bununla bağlı Röyter agentliyi məlumat yayıb.
İkigünlük səfər zamanı onu həyat yoldaşı Melaniya müşayiət edəcək. Trampın təyyarəsi səhər saatlarında Parisin Orli aeroportuna eniş edib.
Səfər çərçivəsində Tramp fransalı həmkarı Emmanuel Makron ilə görüşəcək. Görüş zamanı Suriya böhranı, terrorçuluqla mübarizə məsələləri müzakirə ediləcək.
Bundan başqa, liderlər Bastiliya günü və ABŞ-ın Birinci dünya müharibəsinə qatılmasının 100 illiyi ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edəcəklər.