13 İyul 2017 14:08
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müntəzəm olaraq danışıqların aparılmasının tərəfdarıdır.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu fikirləri Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye keçirdiyi mətbuat konfransında deyib.

“Biz dövlət başçıları arasında birbaşa və imkan daxilində mütəmadi dialoqun tərəfdarıyıq. Bu nöqteyi-nəzərdən xarici işlər nazirlərinin bu yaxınlarda baş tutan görüşünü alqışlayırıq. Mən dəfələrlə qeyd etmişəm ki, münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə ancaq danışıqlar yolu ilə, mütəmadi dialoq vasitəsilə nizamlana bilər”, - deyə Şarpantye bildirib.

Onun sözlərinə görə, yalnız xarici işlər nazirləri arasında görüşlərlə kifayətlənmək lazım deyil, gələcəkdə dövlət başçılarının görüşünün təşkil edilməsi olduqca vacibdir: “Belə təəssürat yaranıb ki, sonuncu görüş buna kömək edə bilər və növbəti görüşlərin keçirilməsi üçün fəal işləmək lazımdır”.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər