14 İyul 2017 00:11
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın oğlu məhkəməyə çağırılıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp Jr. Hillari Klinton əleyhinə kampaniya aparmaq üçün rusiyalı vəkillə görüşməkdə ittiham olunur. İttihamda qeyd olunur ki, Rusiya hökuməti oğlunun vasitəsilə Trampın seçki kampaniyasına köməklik göstərib.

Trampın oğlu 9 iyun 2016-cı ildə rus vəkillə görüşdüyünü təsdiqləmiş, amma görüşdə seçkilərlə bağlı heç nə müzakirə edilmədiyini deyib.

Trampın kürəkəni Jared Kuşner və seçki qərargahının digər rəsmisi Paul Manafort da rus vəkillə görüşdə iştirak edib.


Müəllif: Ruslan

Oxşar xəbərlər