14 İyul 2017 12:49
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Rusiyaya əməkdaşlıq üçün şans vermək istəyir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Trampın ikinci köməkçisi Sebastyan Qorki deyib.

O bildirib ki, Tramp, rəhbərlik etdiyi administrasiyanın Rusiyanın diplomatik mülkiyyətinin qaytarılması məsələsini müzakirə etdiyini açıqlayıb:

"Biz Rusiyaya şans vermək istəyirik. Ola bilər ki, biz eyni fəlsəfəni paylaşmırıq və rəhbərliyimiz dünyaya fərqli formada baxır, ancaq eyni mövqe sərgilədiyimiz bəzi məsələlər var. Bunlardan biri Suriya məsələsidir".


Müəllif: Samir

Oxşar xəbərlər