Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi bəyanat verib:
"Əgər BMT TŞ hər hansı sanksiya qətnaməsi qəbul etsə, biz əadlətli cavab tədbirləri görəcəyik".
Nazirlik Vaşinqtonu da təhdid edib: "ABŞ atdığı addımlarla özünə qəbir qazır".
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə iyulun 4-də raket sınağı keçirib. Yerli rəsmilər sınağın uğurlu keçdiyini bildiriblər. Sınaq ABŞ və BMT TŞ tərəfindən etirazla qarşılanıb.