14 İyul 2017 16:29
1 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Səhiyyə Təşkilatı və UNİCEF tərəfindən birgə hazırlanan "İçməli su, sanitariya və gigiyena məsələsində irəliləyişlər 2017" hesabatı yayıldı.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hesabatın nəticələrinə əsasən dünyada 2,1 milyard insanın evində təmiz suya, 4,5 milyard insanın isə sanitariya xidmətlərinə ehtiyacı olduğu bildirilir.

Bir çox ev, məktəb və sağlamlıq kompleksində hələ də su və sabunun belə olmadığı vurğulanan hesabatda bu vəziyyətin xüsusilə kiçik uşaqların sağlamlığını təhlükəyə atdığı qeyd olunur.

Hesabatda təmiz su və gigiyena imkanı olmadığı üçün hər il beş yaşdan kiçik olan 361 min uşağın ishaldan öldüyü bildirilir, qeyri-kafi gigiyenik təmizlik və çirkli suların vəba, dizenteriya, hepatit A və qarın yatalağı kimi yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğu xatırladılır.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom bildirib ki, təmiz su, sanitariya və gigiyenaya yalnız zənginlərə və şəhərlərdə yaşayanlara xas imtiyaz olmamalıdır: “Bunlar insan sağlamlığı üçün təməl tələbatlardır. Bütün ölkələr vətəndaşlarına bu xidmətlərin təqdim olunmasının məsuliyyətini daşıyır"


Müəllif: Şəfiqə

Oxşar xəbərlər