15 İyul 2017 08:31
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siemens” kompaniyası onun istehsal etdiyi qaz turbinlərinin Krıma çatdırılması ətrafında yaranmış qalmaqaldan sonra Rusiya şirkətləri ilə başladığı birgə təşəbbüslərdən geri çəkilmək məsələsini nəzərdən keçirir.

Teleqraf.com-un məlumatına görə, “Wirtschafts Woche” jurnalı öz mənbəsinə istinadən xəbər verir ki, konsernin başçısı Co Kezer “Siemens Gas Turbines Technologies” Rusiya ilə birgə təsis etdikləri müəssisədə iştirakdan çəkilməyi, həmçinin “İnteravtomatika” açıq səhmdar cəmiyyətindəki səhmlərini satmağın mümkünlüyünə baxır. Həmin səhmdar cəmiyyətinin səhmlərinin 45,7 faizi alman kompaniyasına məxsusdur.

Qeyd edək ki, “Siemens” kompaniyasının istehsal etdiyi qaz turbinlərinin Krıma çatdırılması böyük qalmaqala səbəb olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər