14 İyul 2017 22:02
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antraktidadan qopan nəhəng aysberq dünya üçün böyük fəlakətlərə səbəb olacaq.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Almaniyanın məşhur “Bild” qəzeti çıxış edib. Qəzet mütəxəssislərlə müzakirə apararaq nəhəng aysberqin vurub məhv edə biləcəyi yaşayış məntəqələrinin xəritəsini müəyyən edib. Xəritədə Türkiyənin də müəyyən sahil şəhərlərinin adına rast gəlinir.

Söhbət Antraktida qitəsindəki nəhəng buz dağlarından qopan və 1 trilyon ağırlığında olduğu təxmin edilən aysberqdən gedir. Alman mediası və mütəxəssisləri bunun dünyaya ciddi təsiri olacağını iddia edir.

Hazırlanan xəritəyə görə, dəniz səviyyəsi yüksəlincə dünyanın bir çox şəhərləri suyun altında qalacaq.

İddiaya görə Hamburq şəhəri, habelə Berlinin bir hissəsi daxil olmaqla Stokholm və Amsterdam da su altında qala bilər.

Qəzet iddia edib ki, dəniz səviyyəsi yüksələrsə, bu zaman Türkiyənin bəzi sahil qəsəbələri də suların altında qala bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər