Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Binəli Yıldırım jurnalistləri 15 iyul qiyam cəhdinin ildönümündə bir il öncəki hadisələr haqda yazarkən ehtiyatlı olmağa çağırıb.
"2016-cı ilin iyulun 15-də baş verən dövlət çevirilişinə cəhddən 1 il ötür. Bu münasibətlə dünyanın 4 tərəfindən 350-ə yaxın jurnalist Türkiyədə səfərdədir. Biz yerli media ilə yanaşı, xarici media ilə də əməkdaşlıq edirik. Türkiyədə hər şey şəffafdır. Xarici media nümayəndələrinə hər zaman açığıq. Daim bizlə əlaqə saxlasınlar, gördüklərini, həqiqətləri yazsınlar".