21 İyul 2014 12:13
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Arizona ştatında iki kiçik təyyarənin qəzaya düşməsi nəticəsində ümumilikdə 6 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, yerli rəsmilərin verdiyi xəbərə görə, təyyarələrdən biri Sedona şəhəri yaxınlığında düşüb və burada 4 nəfər ölüb. Utah sərhədində baş verən ikinci qəzada isə 2 nəfər həlak olub.

Ölənlərin kimliyi hələ açıqlanmayıb. Qəza ilə bağlı araşdırma aparıldığı bildirilir.

Uğur


Müəllif: