15 İyul 2017 20:43
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada, Benqazi şəhəri yaxınlığındakı "Benina" beynəlxalq aeroportu fəaliyyətini bərpa edib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, ilk reyslər paytaxt Tripoli və Kufra şəhərlərinə, eləcə də İndenoziyanın paytaxtı Əmmana təşkil edilib. Yaxın vaxtlarda Tunisə, oradan isə Türkiyənin İstanbul, Misirin İskəndəriyyə və Liviyanın qərbindəki Zintan şəhərinə reyslər təşkil ediləcək.

Qeyd edək ki, Benqazidəki silahlı qarşıdurmaya görə üç il idi ki Benina" beynəlxalq aeroportu fəaliyyətini dayandırmışdı.


Müəllif: Nahid