16 İyul 2017 11:47
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 13-də 61 yaşında qaraciyər xərçəngindən vəfat edən Nobel sülh mükafatı laureatı, çinli Lyu Syaobonun meyiti kremasiya olunub.

Teleqraf.com “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu, onun yaxınlarının istəyi ilə baş tutub.

“Lyu Syaobonun meyidi onun yaxınlarının istəyi və iştirakı ilə, yerli adət-ənənələrə uyğun olaraq kremasiya olunub. Kermasiya öncəsi kiçik mərasim baş tutub, mərasimdə mərhumun dul qadını Lyu Sya və onun dostları iştirak edib”, – agentliyin məlumatında bildirilib.

Qeyd edək ki, 2008-ci ildə 11 il müddətinə azadlıqdan məhrum edilən hüquq müdafiəçisi 2010-cu ildə Nobel sülh mükafatına layiq görülüb.


Müəllif: Səxavət