17 İyul 2017 20:02
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə terror hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, Misirin Sinay yarımadasında hərbi maşının partlaması nəticəsində 5 polis həlak olub.

Misir Təhlükəsizlik Qüvvələrindən verilən məlumata görə, daha 6 polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

Partlayışın hansı şəraitdə və necə baş verməsi məlum deyil. Polis tərəfindən araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com