Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Mazda”nın Cənubi Afrikadakı 19 min avtomobilinin hava yastıqlarında qüsur aşkarlanıb.
ABŞ-ın quru yol üzrə təhlükəsizlik idarəsinin testlərdində "Takata Corp" şirkəti tərəfindən istehsal olunan 2,7 milyon hava yastığının standartlara uyğun olmadığı aşkarlanıb. Bildirilir ki, şirkətin hava yastıqları "Ford Motor Co", "Nissan Motor Co" və "Mazda" avtomobillərində istifadə olunub.
"Takata Corp"un hava yastıqlarının quraşdırıldığı avtomobillərdə qəza zamanı ölüm riskləri digərlərinə nisbətdə daha yüksək olub.
Məlumatda bildirilir ki, geri çağırılanlar 2003-cü ildən satılan MM6DE, JM6GG və JMZSE ilə başlayan VIN nömrəli "Mazda2", "Mazda6" və "RX-8" model avtomobillərdir.