Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb ispaniyalı aparıcı Pilar Abel Martinesin iddiası olub.
O özünü Dalinin nikahdankənar qızı kimi təqdim edib. Martines bununla bağlı məhkəməyə müraciət edib və müsbət cavab alıb. Qadın anasının Dali ilə gizli eşq macərasının olduğunu bildirib.
Ekspertiza cəsədin qalırlarından aldığı nümunələrlə iddianın doğrulunu sübut etməyə çalışacaq.
Qeyd edək ki, Martinesin bu iddiaları Dali fondunun ehtiyatının 350 milyon avroya çatmasından sonra üzə çıxıb.