21 İyul 2017 08:32
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Süd Məhsullarının Təkmilləşdirilməsi Mərkəzinin 18 yaşdan yuxarı 1000-dən çox şəxs arasında apardığı sorğunun nəticələri hər kəsi şoka salıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sorğuda iştirak edənlərin 7%-i şokoladlı südün qəhvə rənginin inəklərdən birbaşa gəldiyini bildirib. İnternet vasitəsilə aparılan sorğuda bütün ölkəni təmsil edən şəxslərin iştirak etdiyini nəzərə alsaq, 16 milyon 400 min amerikalının şokoladlı südün süd, şokolad və şəkərdən istifadə edilməklə hazırlandığını bilmədiyini deyə bilərik.

Digər tərəfdən sorğu iştirakçılarının 48%-i də şokoladlı südün haradan əldə edildiyini deməkdə çətinlik çəkiblər. Sorğuya qatılanların 29%-i şokoladlı süd almaq üçün uşaqlarının adından bəhanə kimi istifadə etdiklərini söyləyiblər.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər