21 İyul 2017 16:58
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda keçirilən təhlükəsizlik konfrasında iştirak edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo İranın Amerikaya qarşı təhdidindən və Tehrana qarşı formalaşmaqda olan beynəlxalq koalisiyadan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, çıxışında İran və Rusiya məsələsinə, eləcə də Suriyada yaşanan böhrana toxunub.

Pompeo bildirib ki, Donald Tramp hökuməti İranın bölgədə yürütdüyü ekspansionist siyasətin qarşısını almaq üçün Vaşinqtonun Tehranla bağlı siyasətində ciddi dəyişikliklər etməkdədir:

“Biz buna başlamışıq və ABŞ Prezidenti Donald Tramp ilk addımda, müştərək bir platforma əsasında körfəz ölkələri ilə İsrailin İrana qarşı birgə koalisiyasını yaratmaqdadır. ABŞ-ın yeni strategiyasının icrasına başlanılmasından sonra siz həmin dəyişiklikləri görəcəksiniz”.


Müəllif: Samir

Oxşar xəbərlər