Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı azı 4 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Məlumatlara görə, bir sıra teraktlar törətmək məqsədilə ölkə ərazisinə keçən yaraqlı kürd qruplaşması üzvləri ilə SEPAH-çılar arasında sərhəd zonasında qarşıdurma zamanı terrorçulardan 3-ü öldürülüb, 4-ü isə yaralanıb: “1 terrorçu da ələ keçirilib. Digər terrorçular sərhədi aşaraq qaçıblar. Terrorçu dəstə üzvləri ilə atışmada həmçinin SEPAH-ın mayoru Yasin Qənbəri həlak olub”.
Hücumun PKK təşkilatının İran qanadı sayılan PJAK yaraqlıları tərəfindən edildiyi bildirilib.