21 İyul 2014 15:38
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin şərqində antiterror əməliyyatı keçirən Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Rubejnoye şəhərini separatçılardan azad edib.

Alınan xəbərə görə, bunu Ali Radanın sədri Aleksandr Turçinov parlamentdə elan edib. “Rubejnoye şəhəri azad edilib. Hazırda Popasnaya, Dzerjinsk şəhərlərinin azad olunması üçün döyüşlər gedir. Növbədə Lisiçansk və Severodonetsk şəhərləridir”, - deyə o, söyləyib.

Qeyd edək ki, internetdə Rubejnoye şəhər İcraiyyə Komitəsinin binası üzərində Ukrayna bayrağının qaldırıldığını əks etdirən foto yayılıb. Şəhərin 60 min nəfər əhalisi var.

/APA/


Müəllif: