Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Almaniya televiziya kanalları Türkiyəyə investisiya çağırışı edən reklamları dayandırıb.
N-TV kanalı Qalatasaray Futbol Klubunda forma geyinən futbolçu Lukas Podolskinin iştirak etdiyi Türkiyəyə investisiya çağırışı edən reklamı tamaşaçılardan gələn narazılıq səbəbindən dayandırdığını açıqlayıb.
Diemresse.com saytı və N-24 televiziya kanalı da sözügedən reklamın yayımını dayandırıb.