Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı “Taliban” sözçüsü Zabidullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, Teqap rayonundakı polis bölməsinə hücum zamanı ələ keçirilən təhlükəsizlik işçiləri gecə saatlarında güllələnib.
Badahşan valisi Əhməd Fayisal Behzad isə hücum nəticəsində 11 polis əməkdaşının öldürüldüyünü açıqlayıb.
Behzad məsələ ilə bağlı istintaqın başladığını qeyd edib.