23 İyul 2017 20:27
551

Türk ekranlarının sevilən seriallarından olan “Uşaqlar Eşitməsin" (Çocuqlar duymasın) illər sonra yeni bölümlərlə ekrana qayıdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, serial bu axşam Kanal D-də yayıma başlayacaq.

Serialın əsas qəhrəmanı Tamer Qaradağlı serialın yenidən qayıtmasına sevinərək, tamaşaçılara xeyirl-uğurlu olmasını arzulayıb:

“Çox gözəl və gülməli hissələr onları gözləyir. Serial Türkiyənin çox gözəl bir rəngidir . Bu axşam tamaşaçımız o rəngə yenidən qovuşur”.


Müəllif: Şəfiqə