23 İyul 2017 14:52
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı axund Əhməd Xatəmi Tehrandakı çıxışında 1988-ci ildə ölkə zindanlarında siyasi məhbusların kütləvi qətliamından danışaraq, Xomeyninin hökmü ilə həmin edamları həyata keçirənlərə dəstək verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Ruhullah Xomeyninin edamlarla bağlı hökmünü ölkə zindanlarında həyata keçirənlərin Xalq Mücahidləri Təşkilatı üzvlərinin hakimiyyətə qarşı təhlükəsini birdəfəlik aradan qaldırdığını deyib:

“Münafiqlərə qarşı tədbir görmək və onların kökünü kəsmək mərhum İmamın gördüyü dəyərli işlərdən biri idi. Elə buna görə də hesab edirəm ki, İmamın bu barədə hökmünü icra edənlərə medal verilməli, onların bu işi yüksək qiymətləndirilməlidir”.

1988-ci ildə 8 illik İran-İraq savaşına son qoyulması məqsədilə BMT-nin 598- nömrəli qətnaməsini qəbul etmək məcburiyyətində qalan və savaşdan məğlub çıxan molla rejimi ölkə zindanlarında saxlanılan siyasi məhbuslara qarşı ağlasığılmaz cinayət planını həyata keçirib. Belə ki, o vaxtkı dini lider ayətullah Ruhullah Xomeyninin birbaşa əmri və hökmü ilə bir “Ölüm heyəti” yaradılıb. Xomeyninin hökmü ilə həmin heyətə ölkə zindanlarında saxlanılan, siyasi əqidə və görüşünə sadiq qaldığını bildirən, hətta məhkəmə tərəfindən həbs cəzası alan və həbsini çəkməkdə olan siyasi məhbusların işinə yenidən baxmaq səlahiyyəti və ixtiyari verilib.

Bunun ardınca həbsxanaların qapıları 2-3 ay müddətinə bağlanılıb və həmin müddətdə bütün siyasi məhbuslar “Ölüm heyəti” tərəfindən yenidən dindirilib. Cəmi bir neçə dəqiqə sürən hər bir dindirilmədə məhbuslar arasında kimlərin əvvəlki əqidəsinə sadiq qalıb-qalmaması müəyyən edilib. Nəticədə tövbədən imtina edən məhbusları başqalarından ayırıblar. Bununla da iyul, avqust və sentyabr aylarında minlərlə günahsız məhbus, gülləbaran edilib və ya dar ağacından asılıb. Edam edilənlərin cəsədləri isə gecələr yük maşınları vasitəsilə şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə dəfn edilib.


Müəllif: Samir

Oxşar xəbərlər