Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İsrail tərəfinin Əl-Əqsa məscidinin girişinə xüsusi axtarış detektoru quraşdırılması və 50-dən az yaşı olan müsəlmanların bura girişini qadağan etməsindən sonra fələstinlilər etiraz aksiyalarına başlayıb.
Aksiyalar zamanı toqquşmalar baş verib. Toqquşmalarda azı 30-dan çox fələstinli yaralanıb, 50 nəfər isə saxlanılıb.