24 İyul 2017 16:12
588

İsveçin Şafhauzen şəhərində silahlı insident baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxs elektrik mişarla qarşısına keçən 5 nəfərə xəsarət yetirib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Cinayətkar hadisə yerindən qaça bilib. Polis onun axtarışlarına başlayıb.

Hadisə yerindən ilk görüntüləri təqdim edirik:


Müəllif: Samir